Qasırğa iki nəfərin həyatına son qoyub
ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində qasırğa olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qasırğa zamanı iki nəfər həyatını itirib, 370 mindən artıq insan isə işıqsız qalıb.
Həlak olan hər iki şəxs ağacın altında qalaraq həlak olublar. Meteoroloqlar xəbər verib ki, küləyin sürəti saatda 128 kilometrə çatıb. Qasırğa elektrik xətlərini zədələyib. Hələlik ərazidəki asma körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB