Birləşmiş Millətlər Təşkilatının nüvə tərksilahı üzrə Yaponiyanın Hiroşima şəhərində keçirilən konfransının iştirakçıları üç gün davam edən müzakirələrə yekun vurublar. Konfransın işində dünyanın 23 ölkəsini və beş beynəlxalq təşkilatı təmsil edən hökumət nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Tədbir iştirakçıları cari ilin mayında keçirilmiş nüvə silahının yayılmaması ilə bağlı müqavilənin yenidən baxılması üzrə konfransdan ötən dövrdə nüvə silahının ləğvi istiqamətində atılan addımları müzakirə ediblər. Onlar, həmçinin nüvə silahının qeyri-humanitar xarakteri barədə də fikir mübadiləsi aparıblar.
Konfransın son günü, avqustun 28-də xaricdən gəlmiş yuxarı sinif şagirdləri və tələbələr beynəlxalq ictimaiyyətə dinc cəmiyyətin qurulması naminə çağırışla müraciət ediblər.
Konfransdan sonra təşkil olunmuş mətbuat konfransında Hiroşima şəhərinin meri Kazumi Matsui beynəlxalq tədbirin yekunlarını şərh edib. K.Matsui bildirib ki, konfrans iştirakçıları nüvə silahının olmadığı cəmiyyətin qurulması üçün bütün dünyanın əlbir olmasını təkidlə tələb ediblər.
Vüqar Ağayev,
AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB