Almaniyanın Baş naziri Ancela Merkel Berlin rəhbərliyinin Rusiya ilə yenidən konstruktiv əlaqələr qurmaq istədiyini bildirib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Merkel Ukrayna böhranı nəticəsində Rusiyaya tətbiq edilmiş sanksiyalar səbəbi ilə bu layihələrin hazırda həyata keçə bilməyəcəyini söyləyib.
Merkel Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan qərb şirkətlərinin mənfi təsir aldığını və sanksiyaların aradan qaldırılması üçün siyasi şəraitin yaradılmasını istədiklərinin söyləyib.
Merkelin sözlərinə görə, Almaniya Rusiya ilə daha qurucu əlaqələr qurmaq istəyir. O bildirib ki, hazırda qlobal arenada olduqca çoxlu problemlər var. Və xüsusilə Rusiya Suriya probleminin həll olunmasında vacib bir rol oynaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB