"Bu, terrordan da pisdir" Obamadan etiraf

"Bu, terrordan da pisdir" Obamadan etiraf

ABŞ Prezidenti Barak Obama iki jurnalistin canlı yayımda öldürülməsi ilə bağlı açıqlama verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Obama açıqlamasında bildirib ki, ölkədə silahlı hücumlar nəticəsində ölənlərin sayı terror aktları nəticəsində ölənlərin sayından daha çoxdur.

Ağ Ev spikeri Cos İrnest bu cür silahlı hücumların son vaxtlar tez-tez baş verdiyini bildirib. Lakin bu halların qarşısını alacaq qanuni bir hüquq normasının olmadığını da qeyd edib. Onun sözlərinə görə ABŞ silahlanma tədbirlərinə qarşı müəyyən qanuni norma tətbiq etməlidir.

2016-cı il ABŞ prezidentliyinə namizədliyini irəli sürən amerikalı milyarder Donald Trump öldürülən jurnalistlərlə bağlı CNN-ə müsahibə verib. O bildirib ki, məsələ silah gəzdirməkdə deyil, məsələ ağıl çatışmazlığındadır. Yəni problem qanunlarda deyil, insanlardadır.

Bütün xəbərlər Facebook səhifəmizdə