Avropanı qorxudan Böyük Köç

Vyanadakı Qərb Balkanlar sammitində xarici işlər nazirləri immiqrant mövzusunda çətinlik və narahatlıq yaşadıqlarını bildiriblər. SİA-nın Qərb mətbuatına əsasən verdiyi xəbərə görə, Avstriyanın paytaxtı Vyanada baş tutan sammitdə Avropa Birliyinin II Dünya Müharibəsindən bu yana qarşı-qarşıya qaldığı böyük immiqrant böhranı gündəmə gətirilib. Almaniyanın Baş naziri Merkelin də qatıldığı sammitdə Serbiya və Makedoniya Avropa Birliyini hərəkətə keçməyə çağırıb.

Drezdendəki köçəri mərkəzində immiqrantlara qarşı meydana gələn hadisələrlə bağlı bölgəni ziyarət edən Merkel məsələ ilə bağlı heç bir açıqlama vermədiyi üçün tənqid olunub.

Qeyd edək ki, immiqrantların ölkəyə keçidini qadağan edən və sərhədi tikanlı tellərlə bağlamağa davam edən Macarıstan sammitə qatılmayıb. Dünən Serbiya ərazisindən Macarıstana ərazisinə 700-ü uşaq olmaqla 3 min 241 nəfər immiqrant daxil olub. Bu Macarıstan üçün rekord bir rəqəmdir.

Bütün xəbərlər Facebook səhifəmizdə