Çinə getməyə hazırlaşan Rusiya prezidenti Vladimir Putin Çinin dövlət başçısı Si Cinpin ilə görüşəcək. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Putin 2-3 sentyabr tarixində Çində II Dünya Müharibəsi zamanı Yaponiya üzərində əldə olunmuş qələbənin 70 illiyinə həsr olunan mərasimə qatılacaq.
Mərasim sonrası Putin Çin dövlət başçısı ilə ikitərəfli görüş həyata keçirəcək. Görüş zamanı iki ölkə arasında 20-dən çox müqaviləyə imza atılacaq.
Rusiyanın Çindəki səfiri Andrey Denisov imzalanacaq müqavilənin maliyyə, investisiya və nəqliyyat da daxil olmaqla bir çox sahələri əhatə edəcəyini bildirib. Denisov Rusiya və Çin arasındakı əlaqələrin genişlənməsini yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB