Qadınlar könüllü əsgərlik üçün orduya müraciət ediblər

Qadınlar könüllü əsgərlik üçün orduya müraciət ediblər

Aralarında qadınların da olduğu 3 minə yaxın şəxs Türkiyədə könüllü əsgərlik etmək üçün orduya müraciət edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, elektron poçt vasitəsilə vətəndaşlar Türk Silahlı Qüvvələrinin (TSK) baş qərargahına müraciət göndərib. Silahlı Qüvvələr tərəfindən verilən yazılı açıqlamada qeyd olunur ki, son günlərdə yaşanan terror hadisələrinin ardından könüllü əsgərlik üçün təxminən 3 minə yaxın vətəndaş Baş qərargahın elektron poçtuna müraciət ünvanlayıb. Vətəndaşlar tərəfindən göndərilən müraciətlərdə 34 yaşındakı evdar qadının məktubu diqqəti cəlb edib, o məktubunda bunları qeyd edib: "Həyat yoldaşım kapitandır. Buna görə həm ana, həm də ata olmağa çalışıram. Uşaqlarımı heçkəsə etibar edib, marketə belə gedə bilmirəm. Uşaqlarımın gözümdən uzaqlaşmağına belə icazə vermirəm. Lakin siz əgər müraciətimi qəbul etsəniz uşaqlarımı anama əmanət edib bu çətin günlərdə ordumuzun yanında olmaq istəyirəm. Bəlkə, kartof soymaqdan başqa bir iş gəlməz əlimdən amma qarışqa kimi mənim də ordumuzda kütləm olsun istəyirəm. Məni qəbul edərək yuxarıda göstərdiyim mail ünvanına mesaj göndərib əsgərliyə qəbul etsəniz, dünyanın ən xoşbəxt insanı olacağam. Rəbbim şanlı ordumuzu qorusun".

Qeyd edək ki, Türkiyədə kütləvi terror hadisələrinin yaşandığı bu günlərdə bir çox məşhur insan orduda yenidən xidmət üçün adlarını yazdırıb. Türk Silahlı Qüvvələri isə orduda könüllü xidmət üçün müraciət edənlərlə bağlı hələ ki, hər hansı bir qərar verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə