Qaçqınlar Merkelə: "Satqın", "satqın"

Qaçqınlar Merkelə: "Satqın", "satqın"

Almaniya kansleri Anqela Merkel qaçqınların düşərgəsinə səfəri zamanı fitə basılıb. Bu barədə "Der Spiegel" xəbər verir ki, daha əvvəl bu düşərgədə qarşıdurmalar baş vermişdi.

Məlumatda qeyd olunur ki, qaçqınlar Merkələ "satqın", "satqın" deyə qışqırıblar. Yaxınlıqdan keçən sürücülər isə siqnal veriblər.

Qeyd edək ki, daha əvvəl Merkel İtaliya və Yunanıstanda qaçqınlar üçün qeydiyyat mərkəzinin yaradılmasını təklif edib.

2015-ci ilin ilk yeddi ayı ərzində Almaniyada qaçqın statusu almaq üçün 219 min insan müraciət edib ki, bu da ötən ilki göstəricidən 125% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə