Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Mərkəzi Nizam - İntizam Komissiyası sabiq İğdır millət vəkili Sinan Oğanın partiya üzvlüyündən "qəti çıxarma" ilə cəzalandırılmasına qərar verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partiyanın yazılı açıqlamasında qeyd edilir ki, Mərkəzi Nizam-İntizam Komissiyasının dünən keçirilən konfransında partiyanın İğdır millət vəkili Sinan Oğanın vəziyyəti müzakirə edilib. Oğan, partiya Əsasnaməsinin 4, 11, 47, 74/2, 73/5, 78 / 4- (c), (e) və 80-ci maddələrinə uyğun olaraq, partiya üzvlüyündən qəti şəkildə çıxarılıb. Onun partiyadan çıxarılması gizli səsvermə yolu ilə həyata keçirilib. Bundan sonra, açıq ittihamlar səsləndirilib və yekdilliklə partiyadan xaric edilməsi qərarlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB