Rusiya ilə sərhəddə divar hörüləcək

Rusiya ilə sərhəddə divar hörüləcək

Estoniya sərhəd pozuntularının qarşısını almaq məqsədi ilə Rusiya ilə sərhədinə divar inşa etmək qərarı verib. SİA-nın məlumatına görə, Estoniyanın "Postimees" qəzetində yayımlanan xəbərdə qeyd edilir ki, 2,5 metr yüksəkliyində və 108 kilometr uzunluğunda olacaq divarın üstü isə tel hörgü ilə bərkidiləcək. Bundan başqa, sərhədin qorunması üçün kameralar və pilotsuz təyyarələrdən də istifadə ediləcək. Ümumilikdə 71 milyon avroya başa gələcək sərhədin qorunması və gücləndirilməsi layihəsi 2018-ci ildə fəaliyyətə başlayacaq.

Qeryd edək ki, Rusiya ilə sərhəddə divar inşaetmə qərarı ötən il estoniyalı polis məmurunun qaçırılmasından sonra verilib. Belə ki, Estoniya hökuməti və Avropa Parlamentinin polis məmurunun sərbəst buraxılması ilə bağlı çağırışlarına baxmayaraq, rəsmi Moskva polis məmurunu cəsusluq ittihamı ilə həbsxanada saxlamaq qərarı vermişdi. Belə ki, polis məmuruna 15 il həbs cəzası verilib..

Bütün xəbərlər Facebook səhifəmizdə