Türkiyənin Qarş şəhərinin Sarıqamış mahalının icra nümayəndəsi Yusif İzzət Karaman ötən gecə PKK terrorçularının Bakı-Tiflis-Ərzurum qaz boru xəttinə təşkil etdiyi hücumu ilə bağlı danışıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təbii qaz boru xəttinin Çataldərə Tikanlı istinad divarları istiqamətindən keçən hissəsinə PKK terrorçularının hücumundan dərhal sonra qaz axını kəsilib. Bölgədə geniş təhlükəsizlik tədbirləri alınıb. Partlayış nəticəsində hər hansı tələfatın olmamasının sevindirici hal olduğunu ifadə edən Karaman, bütün tədbirlər alındığını və qısa müddətdə borulardakı nasazlığın aradan götürülərək qaz axınının təmin ediləcəyini bildirib: "Hazırda bölgə nəzarət altına alınıb. Ərzurumdan gələcək BOTAŞ qrupu partlayış bölgəsində məhv edilən boruların təmirinə başlayacaq. Qısa müddətdə lazımlı təmir və bərpaetmə işləri tamamlandıqdan sonra qaz axını təmin ediləcək".
Qeyd edək ki, partladılan təbii qaz borusunun hissələri 200 metrlik sahəyə səpələnib. Polad borularla döşənmiş boru xəttinin 15 metrlik hissəsinə zərər dəydiyi ifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB