ČSA bələdçiləri tətil edir

"Czech Airlines" aviaşirkətinin bələdçiləri avqustun 26-da 3 günlük tətilə başlayacaqlar. Tətilə səbəb - bu il fevral ayında aviaşirkət rəhbərliyinin həmin işçilərin əməkhaqqını azaltmasıdır. Bu barədə Təyyarə Heyətləri Həmkarlar Təşkilatının (OOPL) sədri Petra Posova məlumat verib.

Bütün etiraz aksiyası müddətində bələdçi kişi və qadınlar təyyarədə olmayacaqlar. Bələdçi qadınlar tətil etməyə hazır olduqlarını hələ mayın axırlarında elan etmişdilər. ČSA nümayəndələri növbəti dəfə təkrar ediblər ki, bu etiraz qanunsuz olacaq və tətilin sərnişinlərə göstərə biləcəyi təsiri minimuma endirmək üçün bütün tədbirlər görüləcək.

Həmkarlar təşkilatı nümayəndələrinin fikrincə, ČSA rəhbərliyi öz əməkdaşlarının nümayəndələri ilə danışıqlar məsələsinə qeyri-konstruktiv mövqedən yanaşır və bu məsələ ilə əlaqədar 2014-cü il oktyabr ayından aparılan müzakirələr gözlənilən nəticələri verməyib. Çərşənbə günü təyyarə bələdçilərindən neçə nəfərin tətilə başlayacağı hələ məlum deyil. Aviaşirkətin pilotları bu tətilə qoşulmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə