Türkiyə 4 ballıq silkələndi

Türkiyə Adana vilayətinin Kozan rayonunda zəlzələ baş verib. Türkiyənin Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəsinin (AFAD) verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 04.57-də (Bakı vaxtıyla 06.57) qeydə alınıb. Zəlzələnin şiddəti 4 bal gücündə, episentri Kozan rayonu olub. Yerin 10.8 km dərinliyində baş vermiş zəlzələdə insan tələfatı və dağıntı qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə