Qadınlar seçkidə iştirak edəcəklər
Səudiyyə Ərəbistanında ilk

Səudiyyə Ərəbistanı Krallığında qadınlar ilk dəfə olaraq həm namizəd, həm də seçici olaraq 12 dekabr bələdiyyə seçkilərində iştirak edə biləcəklər. Bu ölkənin rəsmi informasiya agentliyinin – SPA-nın yaydığı xəbərə görə, qadınların qeydiyyatı onlar üçün xüsusi olaraq yaradılan seçki dairələrində aparılacaq. Ölkədə 1163 seçki dairəsinin 424-ü qadınlar üçün nəzərdə tutulur.

Səudiyyə Ərəbistanında qadınlar 2005-ci və 2011-ci ildə keçirilən bələdiyyə seçkilərində iştirak etməyib. Sabiq Kral Abdullah Bin Abdulaziz 2011-ci il sentyabrın 25-də ölkədə qadınların şəriət qaydaları çərçivəsində seçici və namizəd olaraq 2015-ci il seçkilərinə qatıla biləcəkləri ilə bağlı qərar vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə