Miqrantların qəbulu üçün
Avropa İttifaqı (Aİ) miqrantların qəbulu üçün Serbiyaya 3 milyon 200 min avro məbləğində vəsait ayıracaq. Serbiyadakı miqrantların su və ərzaq təminatı, onlara tibbi yardımın göstərilməsi üçün birinci mərhələdə nəzərdə tutulmuş 150 min avro məbləğində vəsait artıq ayrılıb.
Bu barədə Aİ-nin Belqraddakı nümayəndəliyi məlumat verib. Bildirilib ki, qurum, həmçinin miqrantlar üçün Serbiyada və Makedoniyada həyata keçiriləcək 8 milyon avro dəyərində layihənin icrasına hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB