İtaliya Prezidenti Sergio Mattarella Rimini şəhərində qatıldığı tədbirdə terrorizmin III dünya müharibəsinə səbəb ola biləcəyini söyləyib. Prezident vurğulayıb ki, terrorizm təhlükəsi Yaxın Şərq, Afrika və Aralıq dənizi bölgələrində müharibəyə zəmin yaradır. Buna görə də dünyada sülhün bərqərar olunması, müxtəlif dinlərin nümayəndələrinin dialoq qurması vacib amildir. Bu baxımdan Avropanın üzərinə böyük məsuliyyət düşür.
İtaliyanın AGİ agentliyi xəbər verir ki, Prezident xüsusilə, Avropanın qitəyə pənah gətirən miqrantları xoş münasibətlə qarşılamalı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu məqam bütün dünyaya əsl demokratiyanı nümayiş etdirməyin bir vasitəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB