Türkiyənin İstanbul və Mersin şəhərlərində PKK terror təşkilatının şəhər qruplaşması olan DHKP-C-yə qarşı əməliyyat həyata keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyatlarda bəzi şübhəlilər nəzarətə götürülüb. İstanbul Terrorla Mübarizə Şöbəsinin silahlı qüvvələri İstanbulun Sarıyer, Fatih Sultan Məhmət məhəllələrində terror təşkilatı DHKP-C-yə qarşı geniş əməliyyat reallaşdırıb. Əvvəlcədən müəyyən olunmuş ünvanlara xüsusi hərəkat və çevik polis qüvvələrinin təşkil etdikləri əməliyyatda bəzi şübhəlilər nəzarətə götürülüb. Əməliyyatların davam etdiyi bir vaxtda küçələrin xüsusi vasitələrlə bağlanıldığı müşahidə edilib. Polis zirehli texnikalar vasitəsilə həmin maneələri aradan götürüb. Bundan sonra isə, müəyyən edilmiş ünvanlarda axtarış aparılıb. Mersin şəhərində isə terror təşkilatı DHKP-C-yə qarşı təşkil edilən əməliyyatlarda 39 nəfər saxlanılıb. Mersin Terrorla Mübarizə Şöbəsi Aralıq dənizi sahilindəki Kazanlı Məhəlləsində də terror təşkilatına qarşı əməliyyat həyata keçirib. Müxtəlif şəhərlərdən Mersin şəhərinə gələrək məhəllənin sahil hissəsində çadır quran terror təşkilatının təhsil yığıncağının nümayəndəsi olan 39 nəfər polis tərəfindən nəzarətə götürülüb. Şübhəli şəxslər Mersin Dövlət Xəstəxanasında müayinə olunduqdan sonra Şəhər Təhlükəsizlik İdarəsinə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB