Putin Poroşenkoya cavab verib

Rusiya dövlət başçısı Vladimir Putin Ukraynanın şərqindəki şiddətin artmasına separatçıların səbəb olmadığını, Ukrayna rəhbərliyinin məsuliyyət daşıdığını ifadə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya baş naziri Dmitri Medvedevlə birlikdə dünən Krıma Putin, Ukraynanın şərqində qarşıdurmalarla bağlı verdiyi şərhdə bunları deyib: "Təəssüf ki, şiddətin yenidən artdığını görürük. Bunun məsuliyyəti separatçılara yox, qarşı tərəfə aiddir".

Putin, Ukrayna ordusunun bölgədəki hərbi qüvvələri artırdığına dair məlumatlara sahib olduqlarını qeyd edərək, Donbasdakı vəziyyətin qarşıdurmalara çevrilməsindən narahatlıq duyduğunu ifadə edib. Rusiya dövlət başçısı Ukrayna böhranının həllində "Minsk razılaşmasının" xaricində alternativ yol görmədiyini təkrarlayıb. Putin Ukrayna dövlət başçısı Petro Poroşenkonun onun Krıma ziyarətindən öncə icazə alınması ilə bağlı məsələsinə də cavab verib: "Bu mövzuda heç bir söz demək istəmirəm. Kırımda yaşayanlar öz gələcəklərinə özləri qərar verib. Onlar Rusiyaya bağlanmağı seçdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə