ABŞ-ın Cümhuriyyətçi Partiyasının liderliyə namizəd üzvü Donald Trump rəsmi Vaşinqtonun Ukrayna münaqişəsilə bağlı Rusiya ilə üz-üzə gəlməsinin onu narahat etdiyini deyib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, o bildirib ki, Avropa Birliyi münaqişənin həlli yolunda kənarda durmağı üstün tutur.
ABŞ-ın NBC telekanalına müsahibə verən milyarder Trump, Ukraynada baş verənlərə təəssüfləndiyini bildirib. O qeyd edib ki, Avropa ölkələri bu məsələ barədə məsuliyyət götürməlidirlər: "Ukrayna münaqişəsilə bağlı məsuliyyət ABŞ-a yox, Avropanın "böyük lideri" Almaniyaynın üzərinə düşür. ABŞ-ın Rusiyanın qarşısında dayanmasından məmnun deyiləm. Axı, Ukrayna ilə bağlı ən böyük öhdəliyi niyə ABŞ götürməlidir ki? Almaniya geridə durub Rusiyadan neft və qaz alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB