Misir Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, bu ölkədə tüğyan edən dəhşətli istilərin qurbanlarının sayı 100 nəfəri keçib. Nazirliyin nümayəndəsi KİV-lərə bildirib ki, keçən həftənin əvvəlindən bu həftənin bazar ertəsi gününə qədər 105 ölüm hadisəsi qeydə alınıb. Təkcə Qahirədə və onun ətrafında 54 nəfər dünyasını dəyişib.
İstilərlə əlaqədar ölkənin səhiyyə müəssisələrinə gətirilmiş 2395 nəfərdən təxminən min nəfəri hələ də həkimlərin müşahidəsi altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB