İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 17-də Moskvaya səfər edib. İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentindən verilən məlumata görə, Məhəmməd Cavad Zərif səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Görüşdə regional təhlükəsizlik məsələləri ilə yanaşı, Suriyadakı silahlı münaqişə və Yəmən böhranının aradan qaldırılması yolları müzakirə edilib. Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafı və birgə layihələrin icrası məsələləri də nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB