2 təyyarə havada toqquşdu 4 ölü

2 təyyarə havada toqquşdu 4 ölü

ABŞ-ın cənubundakı Santiago şəhərində 2 kiçik təyyarənin havada toqquşması 4 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə açıqlama verən Amerika Federal Hava Dairəsinin sözçüsü İan Gregor bildirib ki, qəzaya səbəb iki təyyarənin Braun Feld Hava lımanına eyni vaxtda enməsi nəticəsində baç verib. Gregor 4 nəfərin ölümünə səbəb olan qəzayla əlaqədar cinayət işinin açıldığını da deyib.

Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsi isə təyyarə hissələrinin 400 metr ərazidə dağıldığını və 4 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Təyyarələrin toqquşması nəticəsində hava limanı yaxınlığındakı kolluq sahədə yanğın baş verib. Alovlara müdaxilə edən yanğınsöndürənlər yanğını qısa zamanda söndürə biliblər. Tüstüdən zəhərlənən bir xilasedici isə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə