İndoneziyada qəzaya uğramış təyyarənin axtarışları avqustun 17-də davam etdiriləcək

İndoneziyada qəzaya uğramış təyyarənin axtarışları avqustun 17-də davam etdiriləcək

İndoneziyada "Trigana Air Service" aviaşirkətinə məxsus ATR tipli təyyarə ilə havaya qalxdıqdan 30 dəqiqə sonra əlaqə kəsilib. Cayapura şəhərinin Sentani aeroportundan havaya qalxan təyyarənin göyərtəsində 54 nəfərin olduğu bildirlir. Onlardan 5-i uşaq, digər 5-i isə heyət üzvüdür.

Təyyarənin Papua əyaləti üzərində olarkən radarlardan itib. Məlumatlara görə təyyarə İL267 reysi üzrə Cayapuradan Oksibil şəhərinə uçurmuş. Təyyarə yerli vaxtla 15:16 dəqiqədə təyinat yerinə çatmalı idi, lakin dispetçerlər heyətlə əlaqə yarada bilmirlər.

İndoneziyanın Axtarış və Xilasetmə Agentiliyinin yaydığı məlumatda bildirıir ki, zonada hava şəraiti pis olduğuna görə axtarışlar dayandırılıb: "Axtarış ərazisində görüntü və hava şəraiti çox pisdir. Buna görə də axtarış əməliyyatları avqustun 17-də bərpa olunacaq. Ərazinin havadan araşdırılması isə heç bir nəticə verməyib və axtarış əməliyyatları yerdə aparılacaq".

Hələlik təyyarənin taleyi barədə heç bir rəsmi məlumat daxil olmayıb. Lakin "Detik" informasiya portalının yaydığı məlumata görə, "yerli əhali Oksibil şəhəri ətrafında aşağıdan uçan layner görüblər və həmin əraziyə polis bölməsi göndərilib".

Vüqar Ağayev,
AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə