Şimali Koreyadan ABŞ-a MÜHARİBƏ TƏBİLİ

Şimali Koreyadan ABŞ-a MÜHARİBƏ TƏBİLİ

Şimali Koreya bəyanat verib ki, ABŞ rəhbərliyi Cənubi Koreya ilə reallaşdıracağı hərbi təlimləri dayandırmasa o ABŞ-a müharibə elan edəcək. SİA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Şimali Koreya rəhbərliyi ABŞ-a dünyanın bilmədiyi ən son silahlarla hücum edəcəyini bildirib.

Şimali Koreyanın Milli Müdafiə Komissiyasının nümayəndəsi deyib ki, ABŞ-ın Şimali Koreyaya tətbiq etdiyi sanksiyaları sərtləşdirməsi ağır nəticələrə səbəb olacaq. O vurğulayab ki, Şimali Koreya bir vaxtlar ABŞ əsgərinə tüfənglə hücum etdiyi kimi gücsüz deyil. Artıq o, çox güclü dövlətdir və hələ dünyanın bilmədiyi müdafiə və hücum silahlarına malikdir.

Qeyd edək ki, Şimali Koreyanın Dövlət Televiziyası olan KCNA buraxılışlarının birində ordularının ABŞ-ın ordusundan daha güçlü olduğunu bildirib. Televiziyanın verdiyi məlumata görə Şimali Koreya ABŞ-a hücum etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə