Diplomat: “Rusiya aktyordur”
Hindistanın tanınmış siyasi diplomatı Bhadrakumar "Asiya Tayms" jurnalına müsahibə verib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, diplomat Rusiyanın bölgədəki rolundan söhbət açıb. O bildirib ki, Rusiyanın Orta Şərqdə aktiv icra etdiyi diplomatik fəaliyyət nəticəsində siyasi şablonları dəyişə biləcək bir inkişaf yaşanır. Ekspert vurğulayıb ki, İran ilə razılığa gəlinməsi əslində bölgədəki əsas aktyorların daha əvvəl özləri tərəfindən yaradılan qəlibləri yıxmağa hazır olduqlarını sübut edir.

Diplomat sonda qeyd edib ki, ABŞ da Rusiya ilə eyni məqsədi güdür, lakin bunu həyata keçirə bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə