Yunanıstan batır, Almaniya qazanır

Yunanıstan batır, Almaniya qazanır

Yunanıstan xalqı artıq 5 ildir ki, maliyyə böhranından əziyyət çəkir. Bunun əksinə Almaniya isə həmin böhrandan qazanclı çıxır. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniyanın Leybniz İqtisadi Araşdırma İnstitutundan verilən hesabata əsasən Yunanıstan dərin iqtisadi böhrana qərq olandan bu yana Almaniya 100 milyard avro qazanc əldə edib.

Araşdırmalara görə, iqtisadi böhran zamanı etibarlı liman axtaran sərmayəçilər pullarını Almaniyaya etibar edib. Maliyyə bazarları Yunanıstanla bağlı mənfi proqnoz verdikləri zaman Almaniyadakı faiz nisbətləri aşağı enib. Müsbət proqnoz verildiyi zaman isə faiz nisbətləri artıb. Bu da Almaniyanın Yunanıstanın maliyyə böhranından faydalandığını açıq-açkar sübut edib.

Yunanıstanın borclarının silinməsinə qəti olaraq qarşı çıxan Almaniyanın maliyyə naziri Volfqanq Sçebl Almaniyanın balanslı büdcəsi ilə öyünmüşdü. Ancaq hesabatda göstərilir ki, Almaniyanın əldə etdiyi bu balanslı büdcə Yunanıstan böhranı hesabına əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə