Yunanıstanın Maliyyə Nazirliyi, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun birgə qərarı ilə Yunanıstana 86 milyard avroluq3 illik kredit paketi təqdim olunacaq. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Aleksis Çipras dünən Almaniyanın kansleri Angela Merkel və Avropa Komissiyasının başçısı Canker ilə görüş keçirəcəyini açıqlayıb. Məlumata əsasən qərarlar görüş zamanı veriləcək. Görüşün nəticələri isə cümə axşamı bəlli olacaq.
Röyters xəbər agentliyinə açıqlama verən Yunanıstanın Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, müzakirələr gecə boyu davam edib. Adını açıqlamaq istəməyən mənbə vurğulayıb ki, razılaşma çərçivəsində Yunanıstana dərhal 10 milyard avro veriləcək.
"Kathimerini" qəzetinin verdiyi məlumata görə, Çipras və Merkel keçən günlərdə telefonda görüşərək danışıblar. Kreditin daha tez verilməsi ilə bağlı israr edən Merkelin telefonda Çiprasa "Niyə tələsirsən?" – dediyi iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB