ABŞ-da irqi ayrı-seçkilik davam edir

ABŞ-da irqi ayrı-seçkilik davam edir
ABŞ polisi zəncilərə qarşı nisbətsiz güc tətbiq etməyə başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Ferqyuson qəsəbəsində polis tərəfindən qətlə yetirilən zənci gənc Maykl Braun üçün təşkil edilən etiraz aksiyalarında iştirak edən 18 yaşlı zənci Tayron Harris polis tərəfindən ağır yaralanıb. Harrisin həyati təhlükəsi hələ də davam edir.

Qeyd edək ki, bu mövzuda könüllülər tərəfindən qurulan "Mapping Police Violence" təşkilatı 2013 yanvar tarixindən bu günə qədər 800-dən çox zəncinin polis tərəfindən öldürüldüyünü bildirib.

Araşdırmaların nəticələrinə görə polis tərəfindən öldürülən zəncilərin sayı, polis tərəfindən öldürülən ağların sayından 3 dəfə daha çoxdur. Statistikaya görə öldürülən zəncilərin 33 faizi silahsız olub. 2015 ili ərzində öldürülən 197 zəncinin qatili olan polislərdən yalnız üçü məhkəmə qərarı ilə həbs edilib.

Verilən məlumata 19 yaşlı zənci Kristian Taylor Dallas yaxınlığındakı Arlinqton şəhərində polis tərəfindən öldürülən son qurban olub.

Bütün xəbərlər Facebook səhifəmizdə