Saakaşvilidən Rusiyaya göz dağı

Saakaşvilidən Rusiyaya göz dağı
Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Çin və Avropa arasında yeni ticari xətti təşkil edəcək İpək Yolunun Rusiya əvəzinə Ukraynanın ərazisindən keçirəcəyini açıqlayıb. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Ukraynanın "Channel 5" kanalına müsahibə verən Saakaşvili yeni iqtisadi İpək yolunun Rusiya əvəzinə Ukraynadan keçəcəyini bildirib.

Saakaşvili İlyiçyovsk limanındakı bütün lazımi infrastrukturun hazır olduğunun qeyd edib. O bildirib ki, Çin mallarının Avropaya çatması 30 gün, İlyiçyovsk limanından keçməsi isə 9 gün vaxt aparacaq:"Bu qrafiki qura bilərik. Hazırda bunun üzərində çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə