PKK-dan raketli hücum 1 ölü, 3 yaralı

PKK-dan raketli hücum 1 ölü, 3 yaralı

PKK-lılar Türkiyənin Şırnak kəndinə raketli silahlarla hücum ediblər. SİA-nın "hürriyet"ə istinadən verdiyi xəbərə görə, Şırnak vilayətinin Cizrə mahalında həyata keçirilən terror aktında zirehli polis maşınına hücum edən PKK terrorçuları 22 yaşlı polis Saleh qətlə yetiriblər. Atışmada xəsarət alan 3 polis isə Cizrə Dövlət Xəstəxanasına yerləşdirilib.

Gecə saatlarında baş verən atışmada yolda barrikada quran PKK-lılar iriçaplı silahlarla polis qrupuna atəş açması ilə başlayıb.

Axtarış əməliyyatları hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə