İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin və yapon istilasına qarşı mübarizədə qələbənin 70 illiyi münasibətilə sentyabrın 3-də Pekində hərbi parad keçiriləcək. Hərbi parad qələbənin 70 illiyi ilə bağlı tədbirlər çərçivəsində baş tutacaq. Bu, Çin Xalq Respublikası tarixində İkinci Dünya müharibəsində qələbəyə həsr olunan ilk hərbi parad kimi tarixə düşəcək.
Mərasim dünyanın ən böyük meydanlarından hesab olunan Tiananmendə təşkil olunacaq. Bunun üçün Çin hökuməti hazırlıq işlərini davam etdirir. Hərbi paradla əlaqədar olaraq avqustun 20-dən sentyabrın 4-dək Pekində avtomobillərin hərəkətində məhdudiyyət tətbiq olunacaq. Bundan başqa, sentyabrın 3-də səhər saat 9:30-dan gecəyədək paytaxtdakı hava limanlarından uçuşlar və təyyarələrin qəbulu təxirə salınacaq.
Çin hökumətinin qərarına əsasən, bu il sentyabrın 3-ü ölkədə qeyri-iş günü elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB