Putinin İŞİD-lə mübarizə planı açıqlandı

Putinin İŞİD-lə mübarizə planı açıqlandı

Rusiya prezidenti Putin İŞİD-lə mübarizədə öz planını hazırlayıb. SİA-nın sputniknews.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərdə Körfəz Əməkdaşlıq ölkələrinin Xarici İşlər nazirləri ilə görüşündə açıqlayıb.

O bildirib ki, İŞİD-lə mübarizədə yeni bir beynəlxalq ittifaq yaradıla bilər. "Kommersant" qəzetinin verdiyi məlumata görə, İŞİD-i təsirsiz hala gətirmək üçün Suriya, İraq ordularının və Kürd qüvvələrinin də iştirak etdiyi yeni bir yeni bir beynəlxalq ittifaq yaradılması nəzərdə tutulur.

Yəni, sözügedən ittifaq qurulmuş olsa, Bağdad, Şam hökuməti və kürd qüvvələri İŞİD-in əsas iqamətgahının olduğu bölgədə birləşəcək.

Verilən məlumata görə, rəsmi Moskva bildirib ki, İŞİD-lə mübarizədə hələ heç bir irəliləmə qət edilməyib. Bu halda suriyalılara hava dəstəyinin göndərilməsi ölümcül səhvlərə yol aça bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə