ABŞ Dövlət Departamentinin nümayəndəsinin bildirdiyinə görə, dövlət katibinin müavini Rouz Qetemüller Vaşinqtonun nüvə silahı olmayan dünya siyasəti çərçivəsində Hiroşima və Naqasakidə keçiriləcək anım mərasimlərində iştirak edəcək. Dövlət Departamentinin nümayəndəsinin müavini Mark Toner avqustun 4-də mətbuat brifinqində deyib ki, Prezident Barak Obamanın nüvə silahının ləğvi ilə bağlı müəyyən etdiyi vəzifələrə uyğun olaraq ABŞ Yaponiya ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır.
R.Qetemüller ABŞ dövlət katibinin silahlara və beynəlxalq təhlükəsizliyə nəzarət məsələləri üzrə müavini vəzifəsini daşıyır. O, ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi ilə birlikdə avqustun 6-da Hiroşimada, avqustun 9-da isə Naqasakidə keçiriləcək anım tədbirlərində iştirak edəcək.
R.Qetemüller ABŞ Dövlət Departamentinin hər il təşkil edilən anım mərasimlərinə qatılacaq ilk yüksək səviyyəli nümayəndəsi olacaq.
Vüqar Ağayev, AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB