Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 16 adam həyatını itirib. Black Hawk tipli hərbi vertolyot ölkənin şimal qərbində olan meşəlik sahəyə düşüb. Kolumbiya rəsmiləri qəzanın narkotik qaçaqçısı və təşkilat lideri Dairo Antonia Usuga Davidi tutmaq üzrə başladılan əməliyyat əsnasında baş verdiyini söyləyiblər. Hazırda qəza ilə bağlı istintaq başlanıb.
Qeyd edək ki, ötən həftə Kolumbiyanın Karib sahili sərhədində bir vertolyotun qəzaya uğraması nəticəsində 11 adam həyatını itirmişdi.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB