Qars valisi partlayışla bağlı açıqlama verib VİDEO

Qars valisi partlayışla bağlı açıqlama verib VİDEO

Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsindən keçən Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış baş verib. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışın səbəbləri hələlik məlum deyil. Qars valisi Günay Özdəmir baş vermiş partlayışla bağlı açıqlamasında bildirib ki, hadisənin baş vermə səbəbləri hələ ki, məlum deyil. Bölgədə araşdırma aparılır. Hazırda bölgəyə qazın verilişi dayandırılıb.

Verilən məlumata görə partlayışın səsi 20 kilometr uzaqlıqdan belə eşidilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin operatoru və mühafizəsi işini Türkiyənin "Botaş" şirkəti həyata keçirir. SOCAR-ın "Botaş" ilə daimi əlaqədə olduğu, hazırda boru kəmərində təmir işlərinə başlanıldığı və partlayışın səbəblərinin araşdırıldığı qeyd edilib. Bildirilib ki, qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən əvvəl Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyəyə qədər olan hissəsinə təbii qazın verilişi dayandırılıb. Buna görə də partlayış nəticəsində Azərbaycan tərəfinə ciddi ziyan dəyməyib.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə