Dünyanın bir nömrəli terrorçusu Usama Bin Ladenin ailəsinin olduğu təyyarə İngiltərənin Hempşir və Surrey qraflıqlarının sərhədində yerləşən Blekbuş hava limanında qəzaya uğrayıb.SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, təyyarənin partlaması nəticəsində terrorçunun ailə üzvləri ölüb. Hadisə baş verən zaman təyyarədə dörd nəfər olub. Onlardan biri pilotdur. Eniş zamanı pilot uçuş-eniş zolağından kənara çıxıb. Təyyarə aviasiya zolağından kənara çıxıb, ətrafdakı səddi dağıdaraq yanacaq doldurma məntəqəsinə çırpılıb. Toqquşma zamanı partlayış baş verib və yanğın meydana gəlib. Yanğın zamanı təyyarənin salonu tamamilə məhv olub.
Qeyd edək ki, hadisə ilə bağlı hüquq mühafizə orqanları terror versiyasını inkar edirlər.
Xatırladaq ki, təyyarə "Salem Aviation" şirkətinə məxsus idi. Şirkətin sahibi isə bin Laden ailəsidir və bir nömrəli terrorçunun qardaşının şərəfinə adlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB