18 aylıq körpəni yandıraraq öldürdülər

18 aylıq körpəni yandıraraq öldürdülər

İsrailin işğalı alında olan Fələstinin Qərbi Şəriyə bölgəsində, İordan çayının qərb sahilindəki Nablus şəhərində yəhudi sakinlər tərəfindən içində 18 aylıq körpənin olduğu ev yandırılıb. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında Nablusun Duma kəndində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, ata və ana evin böyük uşağını götürərək oradan uzaqlaşıb. Lakin 18 aylıq körpəni xilas etmək mümkün olmayıb. Yanğın zamanı ailə üzvləri də ağır yaralanıb.

Evin yaxınlığında divara həkk olunmuş yazı isə diqqət çəkib. Burada yəhudi dilində "intiqam" sözü yazılıb.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə