“Obama Putini diz çökdürə bilmədi”

“Obama Putini diz çökdürə bilmədi”

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Rik Perri "Foks" telekanalına müsahibə verib. SİA-nın "Ria.ru"ya istinadən verdiyi xəbərə görə, Obamanın xarici siyasətini sərt şəkildə tənqid edən Perri bildirib ki, ABŞ Ukraynanı silahla təmin etməli və Avropanı təbii qazla təchiz olunması üçün hərtərəfli düşünülmüş müqavilə hazırlamalı idi.

Respublikaçılar Partiyasının üzvü olan Rik Perri ümumi partiyanın adından da çıxış edib: "Biz hərbi gücümüzü nümayiş etdirməli, lazım olduğu anda Ukraynaya hərbi dəstək göndərməli idik. Hətta biz Avropanı Amerika qazı ilə də təmin edə bilərik. Fikrimcə, təbii qaz ən güclü təsir vasitələrdən biridir".

O vurğulayıb ki, prezident Obama bu fürsətləri əlindən qaçırdı və Putini diz çökdürə bilmədi.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə