ABŞ və Türkiyə Suriyanın şimal-qərb bölgəsində "təhlükəsiz zona" yaratmaq istəyir.
SİA-nın "Washington Post"a istinadən verdiyi xəbərə görə, ABŞ və Türkiyənin İŞİD ilə mübarizədə ortaq qərara gəldikləri açıqlanıb. Razılaşmaya əsasən İŞİD-ə qarşı mübarizədə Türkiyənin cənub-şərqində yerləşən "İncirlik" hərbi bazasından istifadə ediləcək. Buna qarşılıq olaraq Türkiyənin "qırmızı xətt" elan etdiyi bölgədə fövqəladə hal yaşanarsa "təhlükəsiz zona" yaradılmalı və lazımi tədbirlər həyata keçirilməlidir.
"Washington Post" yazır ki, Türkiyə ABŞ razılaşmasına görə İŞİD-dən mühafizə ediləcək "təhlükəsiz zona" Şimali Suriyada Fərat çayından başlayıb Hələb vilayətinə qədər davam edəcək.
Sonda qeyd edilir ki, bu "təhlükəsiz zona" Türkiyəyə qaçan suriyalılar üçün daha məqsədyönlü olacaq.
Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB