Türkiyə Suriyadakı DAEŞ hədəflərini bombalayıb

Türkiyə Suriyadakı DAEŞ hədəflərini bombalayıb

Türkiyədə dövlətin Xüsusi Təhlükəsizlik Yığıncağı keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, alınan qərarlar çərçivəsində DAEŞ terror təşkilatına məxsus Suriya sərhədləri daxilindəki hədəflərə istiqamətlənmiş hava əməliyyatı təşkil edilib. Baş Nazirlikdən verilən məlumatda qeyd olunur ki, DAEŞ terror təşkilatının Suriya sərhədləri daxilindəki hədəflərə qarşı Türk Silahlı Qüvvələri tərəfindən əməliyyat həyata keçirilib. Əməliyyat çərçivəsində təşkilata məxsus 3 hədəf vurulub. Baş nazirliyin Koordinasiya Mərkəzindən verilən açıqlamada baş nazir Əhməd Davudoğlunun rəhbərliyində dünən Çankaya Köşkündə Təhlükəsizlik Yığıncağının keçirildiyi bildirilir. Bundan başqa, sərhəddə baş verən hadisələr, DAEŞ-in hücumu və terrora qarşı görüləcək təhlükəsizlik tədbirlərinin razılaşdırıldığı ifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə