Avropa İttifaqı İsrailə xəbərdarlıq edib

Avropa İttifaqı İsrailə xəbərdarlıq edib

Avropa Xarici Əlaqələr Şurası Avropa İttifaqının İsrailə qarşı maliyyə təzyiqi tətbiq edəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, işğal etdikləri Fələstin torpaqlarından çəkilmək üçün tətbiq olunacaq bu təzyiq, TəlƏviv rəhbərliyini separatizmi dəstəkləməkdən uzaq olmağa çağırır. Aİ ölkələri İsrail-Fələstin arasındakı qarşıdurmada İsrail tərəfinin "əhatəli və ədalətli bir həll istiqamətindəki" atdığı addımlarını son zamanlar azaltdığını ifadə edən hesabat yayıb. Şuranın yayımladığı hesabatda, Avropa Birliyinə İsrail ilə əlaqələrin yenidən nəzərdən keçirilməsi tövsiyə olunur. Hesabatda, Təl Əviv rəhbərliyinin işğal altındakı Qərbi Şəriyə və Şərqi Qüdsdəki məskunlaşma yerlərində tikintinin davam etdirilməsinə son verilməsinin vacibliyi qeyd edilir. Xəbərdarlıqda hədəf alınan təşkilatların başında isə İsrail bankları gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə