Əhməd Davudoğlu Şanlıurfaya yola düşüb

Əhməd Davudoğlu Şanlıurfaya yola düşüb

Türkiyənin baş naziri Əhməd Davudoğlu Suruçda baş verən hadisələrə dair rəsmilərdən məlumat almaq və yaralıları ziyarət etmək üçün xüsusi təyyarə ilə Bakı vaxtı ilə saat 11:35-də Şanlıurfaya uçub. Bu haqda məlumatı Anadolu agentliyi yayıb. SİA-nın xəbərinə görə, məlumatda deyilir ki, Davudoğlunu Ankara Hava Limanında Ankara valisi Mehmet Kılıçlar və digər rəsmilər yola salıb.

Baş nazir Əhməd Davudoğlu ilə bərabər xanımı Sara Davudoğlu, milli müdafiə naziri Vecdi Gönül və bəzi millət vəkilləri də Şanlıurfaya gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə