ABŞ və Kuba arasında tarixi gün yaşanır

ABŞ və Kuba arasında tarixi gün yaşanır

ABŞ ilə Kuba arasında 1961-ci ildə kəsilən diplomatik əlaqələrin yenidən qurulması istiqamətində əhəmiyyətli addımlar atılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qarşılıqlı olaraq səfirliklərin açılması ilə bağlı qərarın verilməsindən sonra Kubanın Vaşinqtondakı səfirliyi rəsmi olaraq açılıb. İyul ayında hər iki ölkənin əlaqələrə rəsmi olaraq başlamaqla bağlı aldığı qərarı ilə Vaşinqton və Havanada qurulan diplomatik nümayəndəliklər bu gecə yarısından etibarən səfirlik olaraq istifadəyə verilib. Bu çərçivədə, Kubanın Vaşinqtondakı səfirliyi xarici işlər naziri Bruno Rodrigezin qatıldığı mərasimlə rəsmi olaraq açılıb. Səfirliyin açılışında Rodrigez və digər kubalı səlahiyyətli şəxslərlə birlikdə Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Ben Rodes, ABŞ Xarici İşlər Nazirliyinin Qərb Yarımkürəsində məsul məsləhətçisinin müavini Roberta Yakobson da iştirak edib. Kuba bayrağı kubalı əsgərlər tərəfindən dalğalandırılıb və daha sonra bu ölkənin milli marşı oxunub. ABŞ-ın Havanadakı diplomatik nümayəndəliyi də gecə yarısından etibarən səfirlik mövqeyinə gətirilib. ABŞ xarici işlər naziri Con Kerinin isə Avqustun 14-də Kubaya gedərək Havanadakı səfirliyi rəsmi olaraq açacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə