Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib. "Milliyyət" qəzetinə istinadən SİA-nın verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 11.45-də , Bakı vaxtilə isə saat 13.45-də baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğunun işə salınması nəticəsində hadisə yerində ən azı 10 nəfər ölüb, xeyli sayda yaralı var.
Hadisənin baş vermə səbəbləri ilə bağlı hələlik rəsmi qurumlar açıqlama verməyib. İlkin versiyalara görə, partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB