Çin fond birjaları çökdü inflyasiya sürətləndi

Çin fond birjaları çökdü inflyasiya sürətləndi

2015-ci ilin iyun ayında Çində istehlak qiymətləri proqnozları üstələyərək qalxıb. Buna baxmayaraq istehsal qiymətləri ardıcıl olaraq 40-cı aydır ki, düşməyə davam edir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Çinin Dövlət Statistika İdarəsinin hesablamalarına əsasən, ölkədə istehlak qiymətlərində baş verən artım keçən ay 1,4 faiz təşkil edib. Halbuki analitiklər iyun inflyasiyasının 1,3 faizə qədər olacağını güman edirdilər.

Qiymət artımının zəif tempi və maliyyə bazarlarında xaos Çin Mərkəzi Bankını daha qətiyyətli tədbirlərə əl atmağa təhrik edə bilər.

Ölkədə qida məhsullarının qiymətləri iyun ayında 1,9 faizə qədər, digər malların qiymətləri isə 1,2 faizədək bahalaşıb. Bununla yanaşı, Çində istehsalın dəyəri də keçən ay 4,8 faizə qədər azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə