Ukrayna prezidenti Petro Poroşenko qərb siyasətçilərini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə Poroşenko ABŞ konqresinin nümayəndəsi ilə görüşü zamanı bildirib: "Minsk danışıqlarının pozulacağı təqdirdə bizə effektli və əlaqələndirici plan lazımdır. Söhbət yaxşı əlaqələndirilmiş yeni sanksiya dalğasından gedir. Rusiya Ukraynanın işğalı və ukraynalıların ölümünə görə ədalətli miqdar ödəməlidir".
Qeyd edək ki, bir müddət öncə Poroşenko ABŞ hakimiyyətini Kiyevlə hərbi əməkdaşlığı dərinləşdirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB