Vecdi Gönül Türkiyənin yeni müdafiə naziri olacaq

Vecdi Gönül Türkiyənin yeni müdafiə naziri olacaq

Türkiyə Respublikasının yeni müdafiə naziri vəzifəsinə Vecdi Gönül təyin olunacaq. Baş nazir Əhməd Davudoğlu yeni təyinat barədə açıqlamasında bildirib ki, Vecdi Gönül hərbi sahədə böyük təcrübəyə malik kadrdır. O qeyd edib ki, Vecdi Gönülün namizədliyi barədə Prezident Rəcəb Tayyib Ərdoğana məruzə olunub. Yeni müdafiə naziri ən qısa zamanda fəaliyyətə başlayacaq.

Uzun müddət Türkiyə Böyük Millət Məclisinin deputatı kimi fəaliyyət göstərən Vecdi Gönül əvvəllər yüksək vəzifələrdə çalışıb, o cümlədən 2002-2011-ci illərdə Türkiyənin müdafiə naziri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə