İyulun 5-də Böyük Britaniyanın Sandrinqem sarayında, Müqəddəs Mariya Maqdalena kilsəsində şahzadə Uilyam və Hersoqinya Ketrinin qızı şahzadə Şarlottanın xaç suyuna salınma mərasimi keçiriləcək. Kral ailəsi üçün vacib olan mərasimin fotolarını tarixi şahzadə Diananın sevimli fotoqrafı Mario Testinoya etibar ediblər. Mario Testinonu kral ailəsi ilə uzun illərdir ki, davam edən dostluq bağları birləşdirir və onu şahzadə Diananın sevimli fotoqrafı adlandırırlar.
Qeyd edək ki, 2011-ci ildə şahzadə Uilyam Keyt Midltonla nişanından sonra ilk rəsmi fotolarının da müəllifi olaraq şəxsən Mario Testinonu seçmişdilər. "Mən çox şadam! Bu vacib missiya üçün seçilmək böyük şərəfdir. Ölkənin ruhu olan ailənin şəklini çəkmək imkanım olduğuna görə fəxr edirəm", - deyə Testino bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB