BBC kütləvi ixtisarlara başlayır

BBC kütləvi ixtisarlara başlayır

İngilis nəşriyyat qurumu olan BBC lisenziya gəlirlərindəki azalışı əsas gətirərək kollektivindən minə yaxın insanı işdən çıxarmağa hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BBC-nin baş direktoru Tony Hall, qurumun lisenziya gəlirlərinin təxminən 150 milyon sterlinq azalmasını səbəb göstərərək, minə yaxın işçi ilə vidalaşmağa hazırlandığını deyib. Az insanın canlı yayımları izlədiyini və televiziyanın lisenziya haqqlarının son vaxtlar azaldığını dilə gətirib. Şirkəttən verilən rəsmi açıqlamada qeyd olunur ki, daha çox professional işçilərin işdən çıxarılmaları gözlənilir. Bundan başqa, bəzi daxili quruluşların da azaldılacağı, BBC-nin daha az işçi heyəti ilə yayıma davam edəcəyi bildirilir. Bununla da BBC-də 50 milyon sterlinqə qənaət ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə