Tarixi şəxsiyyət Ənvər Paşanın şəxsi əşyaları hərracda FOTOLAR

Tarixi şəxsiyyət Ənvər Paşanın şəxsi əşyaları hərracda FOTOLAR

Türkiyə Cümhuriyyətinin tarixi şəxsiyyəti olan Ənvər Paşanın şəxsi əşyalarının satıldığı hərraca ötən gün start verilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir hissəsi hərbi muzey, digəri isə Yıldız sarayı muzeyinə qoyulan əşyaların bir neçəsini kolleksiyaçılar alıb. Belə ki, tarixi şəxsiyyətə aid olan 122 ədəd əşyanın arasında zabitlik diplomu, hərbi forma, kepka, medallar, hərbi xəritə və fotoşəkillər, Ənvər Paşanın öz əli ilə çəkdiyi şəkillər, həyat yoldaşı Naciyə xanıma aid fotolar, həmçinin sultan Rəşadın hədiyyə etdiyi qızıl və gümüş işləməli qılınc, o cümlədən "Purdey" markalı tüfəng var.

Hərracda Ənvər paşanın "Allah bizimlədir" yazılmış mərasim qılıncı 12 min, sultan Rəşadın hədiyyə etdiyi qılınc 170 min və 1888-ci ildə istehsal olunmuş tüfəng 225 min, qamçısı 50 min, Yapon İmperatorluğu tərəfindən hədiyyə olunan harakiri bıçağı 40 min, döyüş zamanı boynundan asdığı kiçik "Qurani- Kərim" 15 min, möhürləri hər biri 20 min və xüsusi bayrağı isə 80 min lirəyə satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə